Акакдемический Семинар карьеры прошел в АПИ

Акакдемический Семинар карьеры прошел в АПИ
LiFe.Az представляет вниманию читателей новость на азербайджанском языке.


Dekabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində növbəti dəfə baş tutan Akademi Karyera Seminarının məruzəçiləri - televiziyadakı fəaliyyəti ilə yanaşı, biznes karyerasına start vermiş teleaparıcı və biznesmen İlkin Həsəni, Azərbaycanda ilk internet televiziyası KANAL 13-ün yaradıcısı və rəhbəri Əziz Orucov, KİV və PR texnologiyalar üzrə peşəkar ekspert Əli Hacızadə, Regional Psixologiya Mərkəzinin rəhbəri, peşəkar psixoloq Murad İsayev və Akademi Təhsil Mərkəzinin Layihələr üzrə meneceri Razi Vəliyev oldu.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tərbiyə İşləri üzrə Prorektoru Rafiq Baxışəliyev qonaqları salamladı və Akademi Təhsil Mərkəzinin tələbələrə belə layihələr sayəsində töhfə vermək məqsədini müsbət qiymətləndirdiyini bildirdi. Daha sonra isə o, tədbiri idarə etmək üçün sözü Akademi Təhsil Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuranə Ağayevaya verdi.

Nuranə Ağayeva bildirdi ki, Akademi Karyera Seminarı davamlı şəkildə Azərbaycanın bütün nüfuzlu universitetlərində keçiriləcək və məqsədi gənclərə istər təhsil, istərsə də gələcək fəaliyyəti ilə bağlı töhfə vermək olan Akademi Təhsil Mərkəzi bu kimi layihələrlə Azərbaycan gənclərinə faydalı olacaq tədbirlərini davam etdirəcək.

Tədbir layihənin TV dəstəkçisi olan KANAL 13 tərəfindən işıqlandırılacaq və bu vasitə ilə iştirak edə bilməyən gənclər də onu izləyərək faydalana biləcəklər. Tədbirdə media sahəsi, televiziya, marketinq, idarəetmə, özəl biznes və digər fəaliyyət istiqamətlərinə dair maraqlı və gərəkli açıqlamalar verildi.

Seminar tələbələr tərəfindən böyük maraqla qarşılandı. Çıxışlara diqqətlə qulaq asan tələbələr sonda məruzəçilərə suallarını verərək uğurlu karyera qurmaq haqqında ətraflı məsləhətlər aldılar.